Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Co Bayden yenə çaşdı

Co Bayden yenə çaşdı

Tarix: 18 Sentyabr 2023 15:48

Ötən gün Prezident Co Bayden Merilend ştatındakı Şahzadə Corcun İctimai Kollecində tələbələrin qarşısında çıxış edərkən gülməli hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hökumətinin iqtisadi uğurlarından danışarkən, o, bilmədən bir çox afroamerikalıların və veteranların təhsil səviyyəsini şübhə altına alıb.

"Biz xüsusən afroamerikalılar, Latın Amerikalı işçilər və veteranlar, orta məktəb diplomu olmayan işçilər arasında rekord dərəcədə aşağı işsizlik səviyyəsi müşahidə edirik. Mən bütün karyeram boyunca buna diqqət yetirmişəm", - deyə Bayden bildirib.

Lakin bu ifadə dərc edildikdən sonra Ağ Ev prezidentin daha optimist görünməsi üçün stenoqramı dəyişdirərək vəziyyəti yaxşılaşdırmaq qərarına gəlib. İndi rəsmi versiyaya əsasən, "işsizlik xüsusilə afroamerikalı və Latın amerikalı işçilər və veteranlar, orta məktəb diplomu olmayan işçilər arasında azalıb" fikri səsləndirilib.

Milli.Az


Etiketlər:  Co Bayden yenə çaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ