Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 23:51
Çox insan badımcanın faydası olmadığını düşünə bilər, lakin bu yanlış fikirdir. Bu tərəvəz orqanizm üçün ən xeyirli qida vasitələrindəndir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, badımcan təkcə toxluq üçün yemək vasitəsi deyil. O, həm də faydaları ilə sağlamlığınızın qayğısına qalacaq:
1. Badımcanda A vitamini və fosfor var. Ən vacib xüsusiyyəti isə əsəbləri sakitləşdirməsidir. Bədəndən su çıxmasına və arıqlamağa köməklik edir.
2. Qansızlığa yaxşı təsir edir. Küldə və ya ocaqda bişirə bilərsiniz. Bu, ən sağlam bişirmə üsuludur. Damarları yüksək xolesteron yaradan təsirlərdən qoruyur.
3. Eyni zamanda heyvanlar üzərində aparılan təcrübələrdən bu nəticəyə gəlinmişdir ki, badımcan xərçəngin yaranmasının qarşısını alır. Əzələlərin inkişafına köməklik edir.
4.Həzim sisteminə təsir edir və bağırsaqlar daha yaxşı işləyir.