Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya - VİDEO

Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya - VİDEO

Tarix: 19 Sentyabr 2023 12:54

"Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50 ildir Aİ-nin qapısında gözlədirlər".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalına açıqlamasında deyib.

Ərdoğanın sözlərinə görə, Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır: "Hazırda taxıl dəhlizinin fəaliyyəti pozulub, amma hələ də Putinə inanıram və düşünürəm ki, yaxın günlərdə dəhliz yenidən işə düşəcək".

Türkiyə lideri daha sonra 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi parkı hadisələri ilə bağlı iş üzrə mühakimə olunan iş adamı Osman Kavala və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş barədə sualı cavablandırıb. Bu zaman aparıcı Amna Navaz onun sözünü kəsib. Ərdoğanın isə onun bu davranışına reaksiyası sərt olub: "Sözümü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksən. Məhkəmənin verdiyi qərara hörmət edəcəksən. Səlahəddin Dəmirtaş terrorçudur və 200-dən çox insanın ölümünə səbəb olub".

Xatırladaq ki, O. Kavalaya hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

S. Dəmirtaş isə 2016-cı ilin noyabrından həbsdədir.


Etiketlər:  Ərdoğandan sözünü kəsən aparıcıya sərt reaksiya VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ