Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2023 00:08
Dünyada ac insanların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında BMT-nin baş katibi Antonio Quterreş deyib.
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il keçir və bəzi sahələrdə - müstəmləkəçiliyə və seqreqasiyaya son qoyulmasından tutmuş qadınların səsvermə hüququnun əldə edilməsinə qədər böyük irəliləyişlər əldə olunub. Amma hələ də 1,2 milyard insan yoxsulluq içində yaşayır və aclıq 2005-ci ildən bəri görünməmiş səviyyədədir", - deyə o, bəyan edib.
"50-dən çox ölkədə etnik mənsubiyyətə və irqə görə ayrı-seçkilik tam qanuni olaraq qalır. İnsanlar daha yaxşı həyata nail olmaq üçün ölümcül risklərə gedirlər", - o əlavə edib.