Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2023 16:22
İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, İsveçin Ali Məhkəməsi adı açıqlanmayan terrorçu haqqında həbs cəzası çıxarıb.
Həbs müddəti başa çatdıqdan sonra onun Türkiyəyə ekstradisiyası nəzərdə tutulurdu. Lakin Stokholm bu şərti yerinə yetirməkdən imtina edib.
Bununla belə, İsveçdə PKK/YPG üçün xərac toplayan şəxs barədə ilk dəfə idi ki, həbs cəzası çıxarılıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.