Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 09:54
ABŞ-da bir dəstə ermənipərəst senator Azərbaycana qarşı sərt sanksiyaların tətbiqini və Ermənistana hərbi yardım göstərilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Sonxeber.net xəbər verir ki, "Azərbaycanın təcavüzünə qarşı Ermənistana dəstək" adlı layihədə aşağıdakılar nəzərdə tutulur:
▪️Qarabağlı ermənilərpin təhlükəsizliyinin təmin edilməsi strategiyasının hazırlanması.
▪️Ermənilərə qarşı hərəkətlərinə görə rəsmi Bakıya qarşı cəza sanksiyaların tətbiqi.
▪️ABŞ hakimiyyətinin "Azadlığa Dəstək Aktı"na Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən 907-ci düzəlişdən imtina etmək hüququnun ləğvi.
▪️Ermənistana xarici hərbi maliyyələşdirməyə icazə.
Qanun layihəsininin təşəbbüskarları və müəllifləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez, habelə senatorlar Bill Kessidi, Kris Van Hollen, Aleks Padilla, Şeldon Uaythaus və Harri Pitersdir.