Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 21:02
İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 161 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.