Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu

Tarix: 22 Sentyabr 2023 23:30

Almaniya Futbol Federasiyası (DFB) Yulian Naqelsmannın Almaniya milli komandasına baş məşqçi təyin olunduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssisin müqaviləsi 31 iyul 2024-cü ilə qədərdir.

Naqelsmanın köməkçiləri Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner və Benjamin Qluk olacaq.

Qeyd edək ki, Naqelsmann milli komandanın baş məşqçisi postunda sentyabrın 10-da istefaya göndərilən Hans-Diter Fliki əvəzləyib.

Xatırladaq ki, 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər Naqelsmann "Bavariya"ya rəhbərlik edib. Onunla Münhen klubu iki dəfə Almaniya çempionluğunu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə mütəxəssis " Leypsiq" və "Hoffenhaym"da çalışıb.

Milli.Az


Etiketlər:  Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ