Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 23 Sentyabr 2023 09:45
1967-ci ildə "Avroviziya" mahnı müsabiqəsində Avstriyanı təmsil edən Peter Horten vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 83 yaşında vəfat edən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Peter ölkəsini "Warum es hunderttausend sterne gibt" balladası ilə təmsil edərək dördüncü yeri tutmuşdu. O, bəstəkar kimi 600-ə yaxın mahnı yazıb. 1984-1989-cu illərdə televiziyada musiqi proqramlarının aparıcısı olub. 1989-1991-ci illərdə Hamburq Musiqi Akademiyasında dərs deyib.
Milli.Az