Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 13:12
Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir
Sonxeber.net bildirir ki, bu sözlər politoloq Elxan Şahinoğlunun feysbuk hesabında qeyd olunub.
Politoloqun fikrincə Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb.
"ABŞ rəsmiləri və konqresmenlər Azərbaycanın anti-terror əməliyyatına qarşı açıqlamalar versələr də, Qarabağda anti-terror əməliyyatı Vaşinqtonun maraqlarına cavab verir. Çünki Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib"
Politoloq bildirib ki, Vaşinqtona da elə bu lazımdır.
"Təsadüfi deyil ki, bu ərəfədə senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Amerika heyəti Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmağa çalışacaqlar ki, ABŞ Rusiyanı əvəz etməyə hazırdır. Bu Kremli Ermənistan hökumətinə qarşı daha çox qıcıqlandıracaq."