Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib - FOTO

XİN Səudiyyə Ərəbistanı və Albaniyanı təbrik edib - FOTO

Tarix: 23 Sentyabr 2023 18:30

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə qurumun "X" hesabında yazılıb.

"Milli Gün münasibətilə Səudiyyə Ərəbistanı hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!", - XİN-in təbrikində qeyd olunub.

Bundan başqa, XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Albaniyaya da təbrik ünvanlayıb.

"Dostumuz və tərəfdaşımız Albaniyanı 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ürəkdən təbrik edirik! Qoy dostluğumuz əbədi və sonsuz olsun!", - təbrikdə bildirilib.

Milli.Az


Etiketlər:  XİN Səudiyyə Ərəbistanı Albaniyanı təbrik edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ