Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted”in futbolçusu milyon yarımlıq avtomobillə qəza törətdi - FOTO

“Mançester Yunayted”in futbolçusu milyon yarımlıq avtomobillə qəza törətdi - FOTO

Tarix: 24 Sentyabr 2023 16:48

"Mançester Yunayted"in və İngiltərə millisinin futbolçusu Markus Reşford İngiltərə çempionatında "Börnli" ilə matçdan sonra qəza keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza 25 yaşlı futbolçu klubun məşq bazasından çıxarkən baş verib. Reşford 700.000 funt sterlinq (təxminən 1,5 milyon manat) dəyərində olan "Rolls Royce" avtomobilini idarə edib. O, yoldakı sütuna çırpılaraq onu aşırıb. Futbolçunun özü hadisədən şoka düşsə də, qəza nəticəsində xəsarət almayıb.

Milli.Az


Etiketlər:  Mançester Yunaytedin futbolçusu milyon yarımlıq avtomobillə qəza törətdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ