Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 04:33
Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb.
Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fakt budur ki, dəri hüceyrələri kortizol və adrenalindən mənfi təsirlənir. Bundan əlavə, stres epidermisdə qidalanma proseslərini pozan damar spazmına səbəb olur. Xroniki stres dərinin sürətlə qocalmasına səbəb olur.
Stresin dəridə müxtəlif dermatozlar, qabıqlar, əllərdə və üzdə qızartılar şəklində özünü göstərə bildiyini, qadınlarda qaş, saç və kirpik tökülmələrinin də mümkünlüyünü qeyd edib.