Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

Şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

Tarix: 27 Sentyabr 2023 12:09

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.

Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.

Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.

Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov

Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov

Milli.Az


Etiketlər:  Şəhidlərdən ikisi polkovnik leytenant olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ