Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ATƏT Daimi Şurası bu barədə məlumatlandırıldı

ATƏT Daimi Şurası bu barədə məlumatlandırıldı

Tarix: 27 Sentyabr 2023 13:51

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Daimi Şuranın xüsusi iclasında çıxış edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rövşən Sadıqbəyli "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"ATƏT-in ümumi fəaliyyəti və mövcud çağırışlar barədə fikirlərimizi təqdim etdik. Azərbaycanın Qarabağ bölgəsində ölkəmizin Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində demilitarizasiya prosesi barədə məlumat verilib.

Həmçinin Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən reinteqrasiya üçün davamlı səylər və Xankəndi sakinlərinə yanacaq, tibbi ləvazimatlar çatdırılması, onların ərzaq təminatı üçün görülən işlər barədə məlumatlar təqdim edilib", - diplomat qeyd edib.

Milli.Az


Etiketlər:  ATƏT Daimi Şurası bu barədə məlumatlandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ