Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 07:54
Naməlum silahlı şəxslər Niger silahlı qüvvələrinin ölkənin qərbində Mali ilə sərhəd yaxınlığında yerləşən mövqelərinə hücum ediblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Tilaberi bölgəsində yerləşən Kandaji ərazisində baş verib. Hücumun nəticələri barədə məlumat verilmir.
"Reuters"in mənbələrinin məlumatına görə, hücum zamanı Nigerin azı 10 hərbi qulluqçu həlak olub. Mənbələr hücumun arxasında hansı qruplaşmanın olduğunu açıqlamayıb. Qeyd edilir ki, hərbçilər yaraqlılara qarşı əks-hücuma keçib.
İyulun sonunda Niger Prezident Qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq prezident Mohamed Bazumun istefaya göndərildiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin liderləri üsyançılara qarşı sərt sanksiyalar tətbiq edərək, güc tətbiqi hədəsi ilə Bazumun azad edilməsi tələbini irəli sürüblər.