Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə “Quran” yenidən açıq şəkildə yandırıldı

İsveçdə “Quran” yenidən açıq şəkildə yandırıldı

Tarix: 30 Sentyabr 2023 21:26

İraqəsilli Salvan Momika İsveçdə yenidən "Qurani-Kərim"i yandırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Malmö şəhərində ictimaiyyətin gözü qarşısında baş verib.

Naməlum şəxs aksiyanın qarşısını almağa çalışıb və polis tərəfindən saxlanılıb. Aksiyada 200-ə yaxın insan iştirak edib.

Qeyd edək ki, iraqlı miqrant olan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və digər yerlərdə oxşar tədbirlərin keçirilməsi üçün ölkə hakimiyyətinə 12 yeni ərizə göndərib.


Etiketlər:  İsveçdə Quran yenidən açıq şəkildə yandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ