Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 22:25
"Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Mask canlı yayımda video oyun oynayacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Amerikalı milyarder bu barədə özünün "X" hesabında açıqlama verib.
"İnsanlar məndən video oyunları necə oynadığımı göstərməyimi istəyirlər. Mən də "Diablo 4"də (bədxassəli ürəklərdən istifadə etmədən) 99-cu səviyyəli "Nightmare" yeraltı dünyasından keçməyi sınayacağam", - deyə Mask elan edib.
Mask yeraltı dünyanı tez zamanda tamamlamağa çalışacağına söz verib, lakin bildirib ki, heç kim ondan dünya rekordu qıracağını gözləməsin.
Milyarderin açıqlamasından o da məlum olub ki, elan edilmiş performans "X"də canlı yayım funksiyasını sınaqdan keçirmək üçün də lazımdır.
"Diablo 4" - "Blizzard Entertainment" tərəfindən hazırlanmış "RPG-action" janrında oyundur. Oyunçular mələk və şeytani mahiyyətləri birləşdirən nefalemlərdən birinin rolunu götürməli və "cəhənnəm kraliçası Lilit"in məkrli planını ifşa etməlidirlər.