Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2023 23:22
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan bölgədə gərginliyi artırmaq üçün addımlar atmaqda davam edir. Qərbə və Rusiyaya güvənən Ermənistanın regionda təxribatlarını artırması Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu və 24 saat ərzində erməni separatçıları ağ bayraq qaldırdı. Qısa müddətdə Qarabağda sülh və əmin-amanlıq hökm sürməyə başlayarkən, məğlubiyyəti qəbul etməyən separatçılar yeni hazırlıq görürlər.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, İtaliya və Fransaya məxsus moda brendi "Gucci"nin reklam simalarından olan erməni model Armine Harutyunyan "VoMa" terror təşkilatına qoşulub.
Belə ki, əlində tapança ilə təlim alarkən görüntülənən Harutyunyan terror təşkilatı "VoMa"nın kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib.
Digər tərəfdən "PKK" və "ASALA" terrorçularının da yer aldığı təşkilat "Azərbaycanla döyüşə hazırlaşırıq" deyərək yeni təxribatlara və hücum cəhdlərinə işarə edib.