Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadan pis durumdayıq, yardımı dayandıracağıq - Fitso

Ukraynadan pis durumdayıq, yardımı dayandıracağıq - Fitso

Tarix: 1 Oktyabr 2023 23:42

Slovakiya Ukraynadan qat-qat ciddi problemlər yaşayır, ona görə də Bratislavadan Kiyevə hərbi yardım dayandırılacaq.

Sonxeber.net axar.az-a istinadl xəbər verir ki, bunu respublikanın keçmiş baş naziri, parlament seçkilərində qalib gələn "Smer" partiyasının lideri Robert Fitso bildirib.

"Slovakiyanın Ukraynadan daha ciddi problemləri var.Əgər Smer hökumət qurarsa, sülh danışıqlarının mümkün qədər tez başlaması üçün hər şeyi edəcəyik",- o bildirib.

Fitso əlavə edib ki, Bratislavadan silah tədarükü dayandırılacaq, lakin o, Kiyevə humanitar yardım göstərməyə davam edəcək.


Etiketlər:  Ukraynadan durumdayıq yardımı dayandıracağıq Fitso


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ