Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD peyvəndini tapanlara Nobel mükafatı verildi - FOTO

COVİD peyvəndini tapanlara Nobel mükafatı verildi - FOTO

Tarix: 2 Oktyabr 2023 18:42

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən elan edilib.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına Katalin Kariko və Drew Weissman layiq görülüb. Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, Katalin Kariko RNT mexanizmləri üzrə ixtisaslaşmış macar biokimyaçıdır. Drew Weissman isə həkim-alim və biokimyaçı, RNT tədqiqatlarına verdiyi töhfələrlə məşhurdur.


Etiketlər:  COVİD peyvəndini tapanlara Nobel mükafatı verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ