Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 10:35
Ötən gün Space TV-də efirə gedən verilişin alt yazısındakı səhv sosial şəbəkələrdə gündəmə çevrilib.
Sonxeber.net yeni sabah.az-a istinadən bildirir ki, Amil Xəlilin aparıcılıq etdiyi verilişdə Xırdalan şəhərində baş verən dəhşətlə qətl hadisəsi müzakirə olunub. Həmi hadisə ondan ibarətdir ki, 1967-ci il təvəllüdlü Gülnarə Sərkərova həyat yoldaşı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov tərəfdən qətlə yetirilib. Daha sonra X. Sərkərov odlu silahdan atəş açaraq özünü öldürüb.
TV-də yayımlanan verilişdə isə alt yazı bu şəkildə olub: "Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü".
Amil Xəlil bu yanlışlığa görə TV-ni, onu tənqid edənlərə cavab verib:
"Kiçik və texniki səhv! Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən qrammatik səhv olursa, bu qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı... Nə isə! 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun!".