Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 15:52
Qazaxıstanda ölkə haqqında mənfi fikir səsləndirən əcnəbilərin siyahısı tərtib edilir və nəticədə bu şəxslərin ölkəyə girişi qadağan edilir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Sərhədlər bağlanır və bu şəxs ölkəyə daxil ola bilməyəcək", - deyə Smadiyarov mətbuat üçün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu siyahı qapalı xarakter daşıyır, ona görə də siyahıya daxil edilənlərin adlarını çəkə bilməz. Nazir həmçinin sanksiyalara məruz qalan vətəndaşların sayını da açıqlamaqdan imtina edib.