Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 16:04
Terrorçular ölkəmizdən təmizlənənə qədər terrorla mübarizəmiz davam edəcək.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.
"Türkiyə Daxili İşlər Nazirliyinin qarşısında uğursuz terror cəhdi bir daha göstərdi ki, ölməkdə olan xain terror təşkilatı son mübarizələrini aparır. Hadisə zamanı xəsarət alan polis əməkdaşlarımıza Allahdan şəfa diləyirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, 1 oktyabr tarixində Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.