Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edib

Tarix: 3 Oktyabr 2023 16:09

2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviçdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazda ədalət, sabitlik və bütün xalqların rifahı üçün əsas şərt idi. Qarabağ Azərbaycana məxsusdur və daim onun bir hissəsi olacaqdır.

Cənab Prezident, Azərbaycanın Bosniya və Herseqovina ilə münasibətlərinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizinlə 2024-cü ilin martında XI Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm".


Etiketlər:  Bosniya Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ