Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Tarix: 31 Oktyabr 2019 14:58

Bakı. Elnur Bağışov - Trend:

Cari ilin yayında Xəzər dənizində suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18 santimetr azalıb.

Trend-in məlumatına görə, bunu İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi deyib.

M.Bəni Haşeminin sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalması bu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. Bu, yayda suyun səviyyəsinin azalmasının çox olduğunu göstərir.

Mərkəz rəhbəri əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin azalmasının əsas səbəbi dənizə daxil olan suyun 80%-i təmin edən Volqa çayının müxtəlif məqsədlər üçün idarə olunması, Qazaxıstan, Rusiya və Azərbaycanda yağıntıların azalmasıdır.

“İranın şimal vilayətlərinın çayları vasitəsilə Xəzərə axan suyun faizi isə o qədər də yüksək deyil (5%)".

İranlı rəsmi deyib ki, Xəzər dənizində su səviyyəsinin azalması İranın bəzi sahillərində, xüsusilə Gülüstan vilayətində sahil xəttinin dəyişməsi ilə nəticələnə bilər.

Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzərdə suyun səviyyəsi azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ