Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfona quraşdırıla bilən viruslar barədə xəbərdarlıq edildi

Smartfona quraşdırıla bilən viruslar barədə xəbərdarlıq edildi

Tarix: 5 Oktyabr 2023 22:04

Yeni smartfonlar artıq satışa çıxarılmazdan əvvəl zərərli proqrama yoluxmuş ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı informasiya təhlükəsizliyi üzrə ekspert Aleksey Lukatski bildirib.

Ekspertin sözlərinə görə, yeni smartfonların zərərli proqrama yoluxdurulmasının iki variantı var.

Birinci variantda belə proqramlar hələ istehsal olunarkən smartfona quraşdırılır. Lukatski qeyd edib ki, bu, ucuz Çin istehsalı olan smartfon modellərində baş verir. Belə məhsulların istehsalçıları təkcə smartfonların özlərindən deyil, həm də istifadəçilərin şəxsi məlumatlarının satılmasından da pul qazanmağa çalışırlar.

İkinci variantla virus idxal edilən ölkənin özündə də cihaza quraşdırıla bilər. Lakin ekspertin fikrincə, bu, daha çox nəzəri cəhətdən mümkündür.

Lukatski hesab edir ki, mobil antivirus quraşdırmaqdan başqa, adi istifadəçinin belə zərərli proqramla mübarizə aparmaq imkanı yoxdur. İstehsal zamanı əməliyyat sisteminə quraşdırılmış virusu silmək isə, demək olar ki, mümkün deyil. Bununla bağlı ekspert az tanınan istehsalçılardan ucuz smartfonlar almağı deyil, az-çox tanınmış brendlərin qadcetlərini seçməyi təklif edib.

Milli.Az


Etiketlər:  Smartfona quraşdırıla bilən viruslar barədə xəbərdarlıq edildi


RƏYLƏR