Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 07:45
Terapevt İqor Vidyaskin, insult əlamətləri olan bir insana hansı ilk yardım tədbirlərinin göstərilməsinin qadağan olunduğunu söyləyib.
Sonxeber.net Redaktor.az-a istinadən xəbər verir ki, Vidyaskin ilk növbədə insult keçirmiş insanı lazımsız yerə tərpətməməyə çağırıb. Bu, mümkün zərər riskini minimuma endirmək üçün lazımdır. Qanaxma zamanı udma funksiyası tez-tez pozulduğundan, insult keçirmiş şəxsə həkim resepti olmadan hər hansı dərman vermək, onu qidalandırmaq və ya nəsə içirmək qadağandır.
"Bir insanda insult əlamətləri yarandıqda yeganə düzgün qərar ən qısa zamanda təcili yardım çağırmaqdır", - o vurğulayıb.