Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İcbari tibbi sığorta xidməti göstərən özəl tibb müəssisələrinin sayı artırıldı - VİDEO

İcbari tibbi sığorta xidməti göstərən özəl tibb müəssisələrinin sayı artırıldı - VİDEO

Tarix: 7 Oktyabr 2023 15:28

Vətəndaşların icbari tibbi sığortadan yararlanmaq üçün müraciət edəcəkləri özəl tibb müəssisələrinin sayı artırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcitmaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib ki, belə tibb müəssisələrinin sayı 140-a çatdırılıb. Bununla da vətəndaşların xəstəxanalarda uzunmüddətli növbələr gözləməsinin qarşısı alınacaq.

Leyla Lətifovanın sözlərinə görə, hazırda icbari tibbi sığortanın xidmətlər zərfində 3315 xidmət var. Yeni əlavə edilən tibbi xidmətlər arasında ambulator tibbi yardım, cərrahi tibbi xidmətlər, fizioterapiya xidmətləri, labaratoriya xidmətləri var.

Qeyd edilib ki, koxliyar implantasiya əməliyyatı və endopratezləşdirmə ilə bağlı illik limit də yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  İcbari tibbi sığorta xidməti göstərən özəl tibb müəssisələrinin sayı artırıldı VİDEO


RƏYLƏR