Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən İsraildə baş verənlərə münasibət

Türkiyədən İsraildə baş verənlərə münasibət

Tarix: 7 Oktyabr 2023 21:24

Türkiyə bu gün İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən dərin narahatdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyir.

"Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq. Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və daha geniş əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı davam etdiririk".

Əlavə olunub ki, bu hadisələr iki dövlət prinsipinin əhəmiyyətini bir daha göstərir: "Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yolu üzərində çalışmağa dəvət edirik".

Milli.Az


Etiketlər:  Türkiyədən İsraildə baş verənlərə münasibət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ