Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu Şolts, Meloni, Sunak və Zelenski ilə danışdı

Netanyahu Şolts, Meloni, Sunak və Zelenski ilə danışdı

Tarix: 8 Oktyabr 2023 19:32

İsrail Baş naziri Benyamin Netanyahu almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corciya Meloni və Rişi Sunak və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sözügedən ölkələrin rəhbərləri İsrailin özünü müdafiə hüququnu dəstəkləyib.

Xatırladaq ki, HƏMAS "İslami-Cihad"la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.

Milli.Az


Etiketlər:  Netanyahu Şolts Meloni Sunak Zelenski ilə danışdı


RƏYLƏR