Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın futbolçusu polis şöbəsinə dəvət edilib - VİDEO

“Qarabağ”ın futbolçusu polis şöbəsinə dəvət edilib - VİDEO

Tarix: 9 Oktyabr 2023 09:38

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev "Neftçi" ilə matçdan sonra polis şöbəsinə aparılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun azarkeşlə arasında yaranan mübahisə olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlamaqda şübhəli bilinən stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.

Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Qarabağın futbolçusu polis şöbəsinə dəvət edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ