Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vinisiusla razılaşdılar - Fantastik məbləğə imza atır

Vinisiusla razılaşdılar - Fantastik məbləğə imza atır

Tarix: 9 Oktyabr 2023 23:38

"Real Madrid" braziliyalı ulduz Vinisius Juniorla yeni müqavilə imzalayır.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat verib. Məlumata görə, "Real Madrid" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə detalları razılaşdırıb. Məlumata görə, futbolçunun müqaviləsində 1 milyard avroluq sərbəst qalma məbləği var. Açıqlamada deyilir ki, Vinisius Juniorla razılıq əldə edilsə də tərəflər hələlik müqavilə imzalamayıb. Bununla belə, müqavilə imzalamaq üçün heç bir problemin olmadığı deyilir.

Qeyd edək ki, "Real Madrid"in heyətində 232 matçda iştirak edən Vinisius Junior 62 qol vurub, 65 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçunu 2018-19 mövsümündə "Flamenqo"dan 45 milyon avroya transfer edilib.

Milli.Az


Etiketlər:  Vinisiusla razılaşdılar Fantastik məbləğə imza atır


RƏYLƏR