Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır

Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır

Tarix: 9 Oktyabr 2023 23:57

Sabah Azərbaycanın Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.


Etiketlər:  Sabah Şuşada İƏT XİN rəhbərlərinin iclası başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ