Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahramanyan İrəvanda “siyasi qərar” verib? - Təkzib

Şahramanyan İrəvanda “siyasi qərar” verib? - Təkzib

Tarix: 11 Oktyabr 2023 14:06

Qarabağ separatçılarının Ermənistana qaçmış rəhbəri Samvel Şahramanyan ötən gün İrəvanda baş tutan iclasda "siyasi şərh" verməyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, belə bir bəyanatla ermənilərin uydurduğu "arsaxın informasiya qərargahı" adlı "qurum" çıxış edib.

"Arsax prezidenti" Samvel Şahramanyanın İrəvanda keçirilən geniş tərkibli iclasda guya "arsax"ın ermənisizləşdirilməsi ilə bağlı konkret siyasi qiymətlər verdiyi barədə bəzi KİV-lər tərəfindən bu yaxınlarda yayılan məlumatlar həqiqətə uyğun deyil. Görüşün əsas məqsədi Qarabağdan köçənlərin sosial problemlərinin, əsasən onların ilkin məişət ehtiyaclarının təmin edilməsi və tələbələrin operativ şəkildə tədris prosesinə cəlb edilməsi məsələsinin həllinə səylərin yönəldilməsi olub", - "bəyanatda" qeyd olunub.

Qeyd edək ki, S.Şahramanyan sentyabrın 28-də qondarma qurumun özünü buraxması haqda "fərman" imzalayıb. "Fərman"da "qurumun bütün strukturların"nın 1 yanvar 2024-cü ilə qədər özünü buraxması nəzərdə tutulur.


Etiketlər:  Şahramanyan İrəvanda siyasi qərar verib Təkzib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ