Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 00:15
"Duty Free Shoppers" (DFS) mağazalar şəbəkəsinin yaradıcılarından biri Çarlz Fini 92 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə sahibkarın yaratdığı "Atlantic Philanthropies" xeyriyyə cəmiyyəti məlumat yayıb.
Məlumata görə, "həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçi Çarlz Frensis Feeney San-Fransiskoda dünyasını dəyişib".
Fini və Robert Miller 7 noyabr 1960-cı ildə Honq Konq hava limanında ilk "Duty Free" mağazasını açıblar. Hazırda "Duty Free Shoppers" şəbəkəsinin Avropa, Asiya, Avstraliya və Şimali Amerikada 56 mağazası var.