Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 14:36
İran hökuməti oktyabrın 13-ü cümə namazından sonra ölkənin bütün şəhərlərində İsrailə qarşı etiraz aksiyalarının keçirilməsinə göstəriş verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə qərar Əli Xameneinin ofisi tərəfindən qəbul edilib.
Cümə imamlarının İsrailin məhvi barədə çıxışlar etməsi və HƏMAS-a dəstək bəyanatları səsləndirmələri tələb olunub.
Məktəblər, universitetlər və dövlət qurumlarının işçilərinin aksiyaya məcburi cəlb edilmələri üçün sərəncam verildiyi bildirilir.