Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 17:06
Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Qarabağda humanitar vəziyyətlə bağlı məsələ müzakirə ediləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iclasda Karnegi Fondunun tədqiqatçısı Tomas de Vaal, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Andreas Vizner, Almaniyanın Rostok Universitetinin Avropa və beynəlxalq hüquq üzrə professoru Byorn Şiffbauzer iştirak edəcək.
AŞPA-da həm də bu gün Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar həbs olunan Osman Kavalanın təcili azad olunması çağırışını da müzakirə edəcək.