Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaşlı paraşütçüsü dünyasını dəyişdi

Dünyanın ən yaşlı paraşütçüsü dünyasını dəyişdi

Tarix: 12 Oktyabr 2023 23:42

Bu günlərdə paraşütlə tullanaraq dünyanın ən yaşlı paraşütçüsü adını qazanan 104 yaşlı Doroti Hoffner dünyasını dəyişib.

Təəssüf ki, Doroti Hoffnerin ölümü Ginnesin rekordlar kitabı onun rekordunu rəsmi şəkildə qəbul etmədən baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xanım Hoffnerin arzusu hava şarında uçmaq idi. Bu da ona qismət olmadı.

Qeyd edək ki, Çikaqo hava limanına əsa ilə gələn qadın onu təyyarənin pilləkənlərinin yanında qoyub paraşütlə tullanmaq üçün təyyarəyə qalxmış, daha sonra təcrübəli paraşütçünün rəhbərliyi altında hava nəqliyyatından tullanmışdı.

Milli.Az


Etiketlər:  Dünyanın yaşlı paraşütçüsü dünyasını dəyişdi


RƏYLƏR