Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq ictimaiyyət buna göz yummamalıdır - XİN

Beynəlxalq ictimaiyyət buna göz yummamalıdır - XİN

Tarix: 13 Oktyabr 2023 15:51

Mina qurbanlarının sayı 333 nəfərə çatıb.

Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.

"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb.

Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Familİlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

Milli.Az


Etiketlər:  Beynəlxalq ictimaiyyət buna göz yummamalıdır XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ