Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2024: Azərbaycan millisi səfərdə Estoniyanı məğlub etdi - YENİLƏNİB - VİDEO

AVRO-2024: Azərbaycan millisi səfərdə Estoniyanı məğlub etdi - YENİLƏNİB - VİDEO

Tarix: 13 Oktyabr 2023 23:20

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.

"A. Le Koq Arena"da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.

Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.

Milli.Az


Etiketlər:  AVRO 2024 Azərbaycan millisi səfərdə Estoniyanı məğlub etdi YENİLƏNİB VİDEO


RƏYLƏR