Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baydenin HƏMAS-ın İsrailə hücum edəcəyindən xəbəri olub

Baydenin HƏMAS-ın İsrailə hücum edəcəyindən xəbəri olub

Tarix: 14 Oktyabr 2023 13:50

ABŞ kəşfiyyatı HƏMAS yaraqlılarının oktyabrın 7-də Qəzza zolağından İsrailə hücumundan bir neçə həftə əvvəl ABŞ Administrasiyasına Fələstin-İsrail münaqişəsinin mümkün gərginləşməsi barədə xəbərdarlıq edib. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası vəziyyətin qiymətləndirilməsinə dair ən azı iki hesabat alıb və onlar da İsrail tərəfdən alınan kəşfiyyat məlumatlarına əsaslanıb. 

Vurğulanıb ki, xüsusilə sentyabrın 28-də HƏMAS-ın İsraillə sərhəddə raket hücumları həyata keçirməyi planlaşdırdığı xəbəri yayılıb. Oktyabrın 5-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS tərəfindən zorakılıq ehtimalının artdığını bildirib. Oktyabrın 6-da ABŞ rəsmiləri arasında "HƏMAS tərəfindən qeyri-adi fəallığın artması haqqında" İsrail tərəfdən məlumatlar gəzib ki, bu da hücumun qaçılmaz olduğunu göstərirdi. 

Milli.Az


Etiketlər:  Baydenin HƏMAS ın İsrailə hücum edəcəyindən xəbəri olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ