Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2023 21:16
ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd olunub ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.
Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.
Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.
O, ilk olaraq İsrailə səfər edib. Daha sonra ərəb ölkələri - İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərə gedib və burada dövlətlərin rəsmiləri ilə bölgədəki hadisələri müzakirə edib.