Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusu Qəzzada ciddi müqavimətlə üzləşəcək - Marşal

İsrail ordusu Qəzzada ciddi müqavimətlə üzləşəcək - Marşal

Tarix: 16 Oktyabr 2023 08:24

İsrail HƏMAS-ın nəzarətində olan Qəzza zolağına qurudan hücuma hazırlaşmağa davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin istefada olan vitse-marşalı Şon Bell deyib.

O bildirib ki, İsrail bu əməliyyata başlayarsa, "ciddi müəmma" ilə üzləşəcək:

"İsrail Müdafiə Qüvvələri HƏMAS-ı təcrid etmək üçün Qəzza şəhərinin cənubuna doğru hərəkət edə bilər. Əməliyyatı çox güman ki, İsrail xüsusi təyinatlıları həyata keçirəcək. Eyni zamanda, İsrail qüvvələri üçün ciddi təhlükə var. Fələstinli qruplaşmanın yaraqlıları dəmir beton tunellərdə gizlənə bilər, orada işıq, kommunikasiyalar, mühafizə sistemləri mövcuddur. Onların (HƏMAS - red.) qərargahı, plan qurduqları, istirahət etdikləri və yemək yedikləri otaqları var. Və təbii ki, HƏMAS onilliklərdir ki, bu tunellərə sərmayə qoyur. İsrailin onların hamısının hara qaçdıqları barədə heç bir fikri yoxdur. Bu o deməkdir ki, onlar demək olar ki, hər yerdə peyda ola və real təhlükə yarada bilərlər. Onların belə bir təhlükə yaratdıqlarını nəzərə alsaq, İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin özünə daxil olarsa, bu, böyük bir problem olacaq".

Milli.Az


Etiketlər:  İsrail ordusu Qəzzada ciddi müqavimətlə üzləşəcək Marşal


RƏYLƏR