Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 17:50
"Kamran Ağabalayevlə müsahibədəydim Baku TV-də. Müsahibə boyunca "panic attack"ımla mübarizə apardım. Qaranlıq, bağlı, pəncərəsi olmayan otaqda boğulurdum və büruzə verməməyə çalışırdım. Sonda halım çox pis oldu, nə qədər gizlətməyə çalışsam da, alınmadı. Bu "panic attack" dan qurtulmağın bir yolu olmalıdır. Mən özümlə mübarizə aparmaqdan yoruluram çox. İnsan çox olan, bir də qapalı yerdə tutur bu zibil".
Sonxeber.net olay-a istinadən bildriir ki, bu sözləri müğənni Nura Suri deyib.
"Müsahibədən öncə də açılışa getmişdim, adam çox idi. Orda idarə edə bildim. Müsahibədə də necə oldu heç bilmirəm. Utanıram soruşmağa ki doğru-düzgün cavablandırdım sualları ya yox?" - deyə Nura Suri bildirib.