Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gördüklərimizi dramatikləşdiririk" - Tanınmış jurnalistdən qalmaqallı etiraf - FOTO

Tarix: 16 Oktyabr 2023 22:28

BBC-nin müxbiri çəkilişlərlə bağlı maraqlı etiraf edib.

Milli.Az dailymail-ə istinadla bildirir ki, BBC televiziyasının müxbiri Həmzə Yusif vəhşi təbiətlə bağlı çəkilişlərin saxtalaşdırıldığını dilə gətirib.

Ötən il "Strictly Come Dancing" rəqs müsabiqəsi verilişinin qalibi olan 33 yaşlı Həmzə bəzi səhnələrin dramatikləşdirildiyini söyləyib.

"Biz gördüklərimizi dramatikləşdirməyə çalışırıq", - müxbir deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Qəzzadakı xəstəxanadan reportaj hazırlayan BBC müxbiri diz çökərək göz yaşı töküb. Əl-Şifa hospitalından videoreportaj hazırlayan Adnan El-Bursh emosional şəkildə əvvəlcə eynəyini çıxarıb, sonra da diz çəkərək hönkürməyə başlayıb.

İsmayıl
Milli.Az


Etiketlər:  Gördüklərimizi dramatikləşdiririk Tanınmış jurnalistdən qalmaqallı etiraf FOTO


RƏYLƏR