Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 21:08
Çerkizov bazarının keçmiş sahibinin kreditorları onun Moskvanın mərkəzindəki ofisi üçün ən azı 800 milyon rubl (8 223 120 dollar) almaq istəyirlər.
"TropiKano" biznes klub şirkətinin iflas üzrə meneceri Moskvanın mərkəzində Malaya Qruzinskaya küçəsində yerləşən "Tropikano 2" biznes mərkəzini hərraca çıxarıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu, İflas Məlumatlarının Vahid Federal Reyestrində dərc edilən məlumatda qeyd edilir.
Həmçinin bildirilir ki, lota ümumi sahəsi 6239 kvadratmetr olan bina və 0,06 hektar torpaq sahəsi da daxil olacaq. Hərrac noyabrın əvvəlində keçiriləcək, aktivin ilkin qiyməti 801,8 milyon rubl (8 241 622,02 dollar) təşkil edəcək.
"Tropikano" biznes klubu vaxtilə Çerkizov bazarının keçmiş ortağı Telman İsmayılov və onun ailə üzvlərinin nəzarətində olan AST qrupunun bir hissəsi olub.
2009-cu ildə Çerkizov bazarı bağlandıqdan sonra sahibkar kreditorlarla problem yaşamağa başlayıb, onun bir çox şirkətləri artıq müflis elan edilib. Moskva Arbitraj Məhkəməsi də 2015-ci ilin dekabrında biznesmeni müflis elan edib. Və iki il sonra o, Basman rayon məhkəməsi tərəfindən ticarət komplekslərinin sahibi Vladimir Savkinin və "Lyublino-motors"un təsisçisi Yuri Brilevin qətlinin təşkilində ittiham olunaraq qiyabi həbs edilib. İndi İsmayılov Monteneqroda yaşayır.