Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını içkidən qurtarmaq üçün onu yandırdı

Arvadını içkidən qurtarmaq üçün onu yandırdı

Tarix: 18 Oktyabr 2023 02:16

Krasnoyarsk yaxınlığında kişi arvadını sərxoşluqdan qurtarmaq üçün onu yandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Nijneinqaşski rayonunda baş verib. 

Məlumata əsasən, kişi arvadını spirtli içki qəbul etdiyinə görə tənqid etməyə başlayıb. Bundan sonra o, içərisində tez alışan maye olan kanistr götürüb və kibritlə qadını yandırıb. Qadının paltarları yanıb.

Hadisə zamanı arvadın bədəninin 70%-i yanıq xəsarətləri alıb. Tezliklə həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yanğın törədən şəxsə qarşı "adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.

Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Milli.Az


Etiketlər:  Arvadını içkidən qurtarmaq üçün yandırdı


RƏYLƏR