Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nevrozun Tibet metodikası ilə müalicəsi

Nevrozun Tibet metodikası ilə müalicəsi

Tarix: 18 Oktyabr 2023 04:30

Bütün nevroloji xəstəliklər, nevroz,əsəbi gərginlik qədim Tibet tibbinə görə Külək xarakterli xəstəliklərə aiddir.

Külək - bütün psixi duruma, hormonal sistemə cavabdehdir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, insanın nevroz olmasına səbəb külək energetikasının azalması, bədənin istiliyinin düşməsi və orqanlara, damarlara soyuğun daxil olmasıdır.

Sinir sisteminin energetik tükənməsi asteniya sindromu - yorğunluq, gücsüzlük, depressiya yaradır, insan qurub yaratmağa həvəslənmir, xroniki apatiya başlayır.

Sonra nevrozun klinik mənzərəsi gəlir: təşviş, durduğu yerdə əsəbləşmək, qorxular, həssaslıq, neqativ düşüncələr, fikirlər, yuxusuzluq, gələcəyə ümidsizlik

Nevrozun qərb tibbində müalicəsi dərmanlar, antidepressant, neyroleptiklərlə aparılır. Bu preparatlar oyaq sinir sistemini və beyində təşviş hissini tormozlayır.
Bir tərəfdən beyin, sinirlər üçün yaxşı olan bu dərmanların digər orqanlar üçün əks təsiri güclüdür. Üstəlik asılılıq yaradır.

Tibet tibbi bu preparatları qəbul etmir.

Onlar sinir sistemini kökündən sakitlşdirən, hormoniya bəxş edən və həyat enerjisini artıran vasitələr istifadə edirlər.

Bunlar nədir:

İlk növbədə fito preparatlar, yəni bitki tərkibli dərmanlardır - bu dərmanların tərkibində muskat qozu, Aqar, mirobalan hebula və s. kimi Tibet bitkiləri var

Bunlar sinir sisteminin energetikasını bərpa edir.

İynə batırma, refleksoterapiya - əgər peşəkar mütəxəssini tapsanız. Müəyyən nöqtələrə iynə batırma ilə serotonin, dofamin, asetilxolin kimi fermentlər hasil olur.

Nöqtəli masaj, sakitləşdirici masaj, meditasiya, relaks, xüsusi gimnastika - əzələ gərginliyini götürür.

Bu prosedurlar zamanı pasiyent ağlayarsa, bu yaxşı əlamətdir.

O deməkdir ki, bloklar açılır.


Etiketlər:  Nevrozun Tibet metodikası ilə müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ