Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir

Tarix: 18 Oktyabr 2023 08:39

19-20 sentyabrda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra heç bir zərurət olmadığından 8 müşahidə, 16 müvəqqəti məntəqəsini bağlayan sülhməramlılar hazırda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə məşğul olmaq qərarına gəliblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin günlük bülletenində bildirilib.

Qeyd edilib ki, sülhməramlılar Qarabağda "nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə" yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bu məntəqələrin 8-i Azərbaycan yol polisi ilə birgə fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Sülhməramlıların Qarabağda işi budur DYP kömək edir


RƏYLƏR